IV siniflərdə rəqəmsal monitorinq keçirildi

Məktəbin 2023-2024-cü tədris ili üçün illik fəaliyyət planına uyğun olaraq 6 dekabr 2023-cü il tarixdə ümumi təhsil səviyyəsi üzrə IV siniflərdə tədris dili və riyaziyyat fənnlərindən rəqəmsal olaraq monitorinq keçirildi. Monitorinqin məqsədi IV siniflərdə şagirdlərin qeyd edilən fənlər üzrə əldə etdikləri bilik və bacarıqları müəyyənləşdirmək idi. Uşaqlar verilən tapşırıqlarıı böyük həvəslə yerinə yetirib,öz nəticələrinə sevindilər.