Bakı Zooloji parkında açıq dərslər

4 dekabr 2023-cü il tarixdə Bakı Zooloji Parkında məktəbin 7 a, 8 a sinif şagirdləri üçün coğrafiya müəllimləri İradə Babayeva və Dilarə Hüseynova tərəfindən "Canlıların müxtəlifliyi" mövzusunda açıq dərslər keçirildi.
Dərs ekskursiyanın məqsədi şagirdləri canlılar aləmi ilə yaxından tanış etmək, mövzuları praktik öyrənməsini təmin etmək və Azərbaycanın flora və faunası barədə məlumatlılıq səviyyəsini artırmaqdan ibarət idi.
Sonda şagirdlərə müəllimlər tərəfindən zoopark və oradakı heyvanlar barədə fikir və təəsüratlarını əks etdirən esse yazmaq tapşırıldı. Şagirdlər ekskursiyadan çox böyük məmnuniyyətlə qayıtdılar.