Məktəbimizdə valideyn iclası keçirildi

Şagird şəxsiyyətinin formalaşmasında məktəblə valideyn əlaqəsi və onun böyük aparıcı qüvvəsi olan müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Məktəbdə əsas məqsəd cəmiyyət üçün savadlı şəxsiyyət yetişdirməkdir. Bu cür şəxsiyyətlər o zaman tam formalaşır ki, müəllim-valideyn, məktəb-valideyn münasibətlərinin vəhdəti ön planda olsun. 

 

Elə bu səbəbdən də 1-4 dekabr 2023-cü il tarixdə məktəb üzrə mərhələli şəkildə valideyn iclasları keçirildi. İclasın gündəliyində aşağıdakı məsələlər qoyulmuşdur: 

 

1. Fənnlər üzrə şagirdlərin təlim nəticəsi

2. Şagird davranış qaydaları

3. Məktəbdənkənar və sinifdənxaric tədbirlərin şagirdlərin fərd kimi sosiallaşmasında rolu

4. Cari məsələlər

 

İclas zamanı valideynlər istəklərini, təkliflərini və iradlarını bildirdilər. Valideynləri maraqlandıran suallar da cavablandırıldı. 

,

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi