"Gəncliyin ilk baharı" - məşğələ saatı

30 noyabr 2023-cü il tarixdə məktəbin biologiya müəllimi Könül Rzayevanın təşkilatçılığı ilə "Ümumitəhsil müəssisələrinin VIII - IX siniflərdə reproduktiv sağlamlıq mövzusunda məşğələlər üzrə metodiki vəsait" əsasında 9-cu sinif şagirdləri arasında "Gəncliyin ilk baharı" mövzusunda məşğələ keçirdi. Məşğələnin məqsədi yeniyetmələrdə baş verən bioloji və fizioloji dəyişikliklər, onların psixoloji-emosional davranışına olan təsirləri haqqında şagirdləri maarifləndirmək idi.