"Yeniyetməlik dövründə reproduktiv sağlamlıq və cinsi yolla keçən xəstəliklər"

29 noyabr 2023-cü il tarixdə məktəbin biologiya müəllimi Vəfa Kərimovanın təşkilatçılığı ilə "Ümumitəhsil müəssisələrinin VIII - IX siniflərdə reproduktiv sağlamlıq mövzusunda məşğələlər üzrə metodiki vəsait" əsasında 9-cu sinif şagirdləri arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirici dərs keçirdi. Vəfa Kərimova yeniyetməlik dövrünün xüsusiyyətləri, ailə planlaşdırılması, şəxsi gigiyena qaydaları barədə ətraflı məlumat verməklə yanaşı, reproduktiv sağlamlığın insan üçün fiziki, mənəvi və sosial vəziyyəti olduğunu qeyd etdi. Bu sağlamlığın təməlinin yeniyetməlik dövründə yaranmasını və bütün həyat boyu qorunub saxlanılmasını xüsusilə vurğuladı.