"Erkən nigahların səbəbləri və fəsadları" - maarifləndirici dərs

27 noyabr 2023-cü il tarixdə məktəbin biologiya müəllimi Z,Həsənovanın təşkilatçılığı ilə "Ümumitəhsil müəssisələrinin VIII - IX siniflərdə reproduktiv sağlamlıq mövzusunda məşğələlər üzrə metodiki vəsait"  əsasında 9 a sinfində "Erkən nigahların səbəbləri və fəsadları" - adlı maarifləndirici dərs keçirildi. 

Dərs zamanı Z.Həsənova bildirdi ki, ölkəmizdə tətbiq olunan erkən  nigahların bağlanmasına qarşı mübarizə tədbirləri kifayət qədər aparılır. İctimai problem kimi  erkən nigah probleminin də aradan qaldırılması üçün ailələr, ayrı-ayrılıqda hər kəs mübarizə aparmalıdır, bu halın aradan qaldırılmasında üzərilərinə düşən vəzifələri yerinə yetirməlifir. Gələcəyin anası olacaq qızlarımızın kamil, intellektli, dünyagörüşlü insan kimi yetişməsi biz müəllimlərin, anaların üzərinə düşən ən böyük məsuliyyətdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi