"Narkomaniya cəmiyyətin qəddar düşmənidir!" -maarifləndirici təşkilat saatı

22 noyabr 2023-cü il tarixdə məktəbin biologiya müəllimi Vəfa Kərimovanın təşkilatçılığı ilə 9 a sinfində "Narkomaniya cəmiyyətin qəddar düşmənidir!" mövzusunda maarifləndirici təşkilat saatı keçirildi.
V.Kərimova öz çıxışında narkomaniyanın bir bəla olduğunu şagirdlərə daha əsaslı şəkildə çatdırmağa çalışdı. Dərs zamanı müəllim və şagirdlər narkomaniyanın bəşəriyyət üçün böyük bir faciə olduğunu əks etdirən təqdimatlar ətrafında geniş fikir mübadiləsi apardılar.