Şagirdlərimiz 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində

14 noyabr 2023-cü il tarixdə məktəbin şagirdləri Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Expo Mərkəzində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində iştirak etdilər. Sərgidə şagirdlər master-klassları, müxtəlif mövzular üzrə kitab təqdimatlarını izləyib, stendlərə baxış etdilər. Daha sonra Azərbaycan və Türkiyə xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar ilə görüşdülər.
Ümumilikdə 9-cu Beynəlxalq Kitab Sərgisi şagirdlər arasında mütaliə mədəniyyəti, oxu vərdişinin inkişafı, kitaba marağın artırılması baxımından mühüm əhəmiyyət kəsb etdi.
Şagirdlər sərgi çərçivəsində olan tədbirlərdən xoş təəsüratla qayıdıb.