"Hüquq və vəzifələrimizi bilək" - maarifləndirici tədbir

6 noyabr 2023-cü il tarixdə məktəbin psixoloqu Günel Göyüşova 20 oktybar - 20 noyabr uşaq hüquqları aylığı çərçivəsində "Hüquq və vəzifələrimizi bilək" mövzusunda maarifləndirici tədbir keçirdi. Tədbir zamanı psixoloq Günel Göyüşova uşaqların təhsil, səhiyyə, sosial müdafiə, hüquqi mühafizə, idman, istirahət və digər sahələrdə habelə ailədə,cəmiyyətdə onlarla müntəzəm təmasda olan şəxslər arasında Uşaq Hüquqları sahəsində məlumatlılığın artırılmasının önəmli olduğunu bildirdi.
Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırıldı.