"İnternetin zərərli fəsadları" - maarifləndirici dərs

Son illlər ölkəmizdə internet istifadəçilərinin sayı sürətlə artır. İnternet istifadəçilərinin böyük əksəriyyətini uşaq və yeniyetmələr təşkil edir. Təbii ki, internet istifadəçilərinin sayının artması ölkənin istənilən nöqtəsində internetə çıxış imkanlarının olması ilə bağlıdır.                                                                                               Bildiyimiz kimi, hər bir inkişaf, yenilik özü ilə yeni problemlər gətirir. İnternet məkanı geniş və sərhədsiz olduğu üçün gizli saxlanılmalı olan məlumatların evlərə ayaq açması qarşısıalınmaz prosesə çevrilib.  Məhz bu məqsədlə 7 noyabr 2023-cü il tarixdə məktəbin psixoloqu Günay Gülalova 8-ci sinif şagirdlərinin iştirakı ilə "İnternetin zərərli fəsadları" adlı maarifləndirici dərs keçirdi.  Dərs zamanı psixoloq Günay Gülalova  internetin uşaqların təhsili və inkişafında böyük rolundan,ondan necə istifadə etmələrindən və eyni zamanda zərərli tərəflərindən də geniş şəkildə danışdı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi