Maraqlı görüş

25 oktyabr 2023-cü il tarixdə məktəbdə Müharibə , Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşları ilə "Lokal antiterror" mövzusunda görüş keçirildi. 

Tədbirdə Müharibə Əmək və Silahlı Qüvvələr Təşkilatı  Gənclərin Vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin əməkdaşları - şöbə müdiri ehtiyatda olan polkovnik  Adil Haqverdiyev, baş mütəxəssis Nəbi Hacıyev, VT-nin sədri Validə Vəliyeva, 44 günlük Vətən müharibəsi iştirakçıları Elçin Əhmədov, Xəyyam Quliyev iştirak etdilər. 

Tədbiri giriş sözü ilə açan məktəbin deirektoru Nərminə Gündüzlü qonaqları təqdim etdikdən sonra sözü ehtiyatda olan polkovnik Adil Haqverdiyeva verdi. Adil Haqverdiyev bildirdi ki, 19 sentyabr 2023-cü ildə lokal xarakterli antiterror 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli  Bəyanatın şərtlərinə əməl olunmadığına görə “Dəmir yumruq “işə düşdü. Ali Baş Komandan İlham Əliyevin əmrini Azərbaycan Ordusunun əsgər və zabit heyəti uğurla yerinə yetirdi.  Tapşırığa və beynəlxalq qanunvericiliyə uyğun olaraq yalnız düşmənin tutduğu hərbi hissələrin mövqeyləri  məhv edildi. Yüksək peşəkarlıq nümayiş etdirən ordumuz dinc əhaliyə və infrastruktura zərər vermədir. Ali Baş Komandan  hər zaman olduğu kimi öz humanistliyini göstərərək Qarabağda yaşayan ermənilərin ölkənin vətəndaşları saydı. Qarabağdakı sadə ermənilərə seçim şansı verildi. Qalan qaldı, gedənlər sərbəst getdilər. Dövlətimizin içərisində dövlət qurmaq xülyasında olanlarsa bu gün müttəhimlər kürsüsündə oturublar.

Sonda şəhidlərə rəhmət dilənib, onların qəhrəmanlığının heç vaxt unudulmayacağı vurğulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi