Bilik günü keçirildi

Bilik günü ilk zəng, ilk həyəcandır. 15 sentyabr ilk öncə şagirdlər, tələbələr, müəllimlər və təlim-tədris sahəsində çalışan hər kəs üçün yeni tədris ilinin başlandığını qeyd etdikləri bayram günüdür. Həmin gün məktəbə ilk dəfə əlinə çanta alan  200-ə yaxın şagird yollandı. “Bilik günü”nə həsr edilmiş tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nərminə Gündüzlü  şagird və müəllim kollektivinə yeni tədris ilində uğurlar arzuladı və şagirdlərə dərslərinə məsuliyyətlə yanaşmağı, yeni biliklərə yiyələnmək üçün səy göstərməyi tövsiyə etdi. Tədbir birincilərin ifasında rəngarəng rəqslər və mahnılarla müşayət olundu.

Məktəbdə ilk dərslər "Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur!" mövzusuna həsr olunub.

Yeni dərs iliniz mübarək olsun! 

#SalamMəktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi