Beynəlxalq mərhələ qalibi

İqtisadiyyat və maliyyə sahəsində ilkin təhsilin hər kəsin gündəlik həyatına göstərə biləcəyi güclü və ömürlük təsir çox az təhsil sistemində məlumdur. İqtisadiyyat üzrə Olimpiada ideyası Çexiya İqtisadi Təhsil İnstitutu (INEV) tərəfindən irəli sürülmüşdür. Burada məqsəd yeniyetmələrdə iqtisadiyyatı öyrənməyə dair maraq oyatmaqdır. Hal-hazırda İqtisadiyyat üzrə Olimpiada 7 ölkədə keçirlir.
İqtisadiyyat üzrə Olimpiada 4 mərhələdən təşkil olunmuşdur - məktəb, regional (seçim əsaslı), milli və beynəlxalq. Hər ölkədən seçilmiş 5 ən yaxşı tələbə beynəlxalq mərhələdə yarışmaq imkanı qazanıb.
Baki şəhəri 5 nömrəli tam orta məktəbin 8c sinif şagirdi Zeynallı Əli Beynəlxalq mərhələdə yarışmaq imkanı qazananlar içərisindədir.
Sentyabr ayında Slovakiyanın paytaxtı Bratislava şəhərində keçiriləcək beynəlxalq turda Azərbaycanı təmsil edəcək. Şagirdimizə uğurlar arzulayırıq.