Böyük Summativ Qiymətləndirmə prosesi davam edir

Məktəbdə 2022- 2023-cü tədris ilinin II yarımili üzrə Böyük Summativ Qiymətləndirmənin mütəşəkkil keçirilməsini təmin etmək məqsədilə məktəb rəhbərliyi və fənn müəllimlərindən ibarət komissiya təşkil edilib. 
Böyük Summativ Qiymətləndirmə “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində IV - VIII siniflərdə tədris dili, riyaziyyat və ingilis dili fənnləri üzrə Microsoft Teams proqramı üzərində keçirilir. 
Böyük Summativ Qiymətləndirmə IX və XI siniflərdə bütün fənnlərdən, X siniflərdə də isə əsas fənnlər üzrə ənənəvi test üsulu ilə aparılır. 
Böyük Summativ Qiymətləndirmə sualları tədris ili ərzində mənimsənilən materiallar əsasında tərtib olunub. Şagirdlər il ərzində fənnlər üzrə əldə etdikləri bilik və bacarıqları bu Qiymətləndirmə prosesində həyata keçirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi