"Ailəm və məktəbim" layihəsi çərçivəsində işlərimiz davam edir

15 may 2023-cü il tarixdə "Ailəm və məktəbim" layihəsi çərçivəsində məktəbin psixoloqu G.İmanovanın rəhbərliyi ilə "Nailiyyətlərə görə uşaqlar necə mükafatlandırılmalıdır?" adlı görüş keçirildi.
Görüşdə mükafatlandırmanın şagirdlərin əxlaqi şüurunun formalaşmasında, özünü dərk etməsində, bilik və bacarıqlarının inkişaf etdirilməsində əsas amil olduğundan geniş danışıldı.
Həmçinin psixoloq auditoriyada şagirdlərin özünütərbiyə, həmyaşıdlarla, böyüklərlə şəxsiyyətlərarası münasibətlərin psixoloji sağlam mühitdə formalaşdırılması üçün valideynlərin rolunun da əvəzsiz olduğunu vurğuladı.
Tədbirdən sonra valideynlər məktəbin bufeti, kitabxanası, idman zalı və fənn laboratoriyaları ilə yaxından tanış oldular.