"Heydər Əliyev ili" - "Əsrin müqaviləsi" - seminar

16 may 2023-cü il tarixdə "Heydər Əliyev ili" ilə əlaqədar Tədbirlər Planına uyğun məktəbin coğrafiya müəllimi İ.Babayevanın rəhbərliyi altında 8 c sinif şagirdlərnin iştirakı ilə "Azərbaycan xalqının yeni inkişaf təməli - əsrin müqaviləsi" adlı seminar məşğələ keçirildi.
Seminar zamanı şagirdlər "Əsrin müqaviləsi" əsasında Azərbaycanın dünya iqtisadi sistemindəki yerinin müəyyənləşdirməsindən, 9 ölkənin, 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açılmasının zərurliyindən bəhs edən videoçarxlar nümayiş etdirdilər.
Tədbirin sonunda İ.Babayeva bildirdi ki, Ulu Öndər Heydər Əliyev "Əsrin müqaviləsi" ilə qoyduğu təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkan yaratmışdır.