"Dəyərlərimiz bədii ədəbiyyatımızda" - dəyirmi masa

Hər bir xalqın mövcudluğunun əsas göstəricisi onun adət-ənənələri, milli-mənəvi dəyərləridir. Milli-mənəvi dəyərlər bizim tariximiz, ədəbiyyatımız, incəsənətimiz, dilimiz, adət-ənənəmizdir.  Bu milli dəyərlərimizin qorunması və yaşaması ailədən, məktəbdən başlanır. Biz bütün milli-mənəvi dəyərləri incəliyinədək kökü qədim olan Azərbaycan ədəbiyyatından öyrənirik.

17 may 2023-cü il tarixdə "Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində məktəb kitabxanasında K.Məmmədova və A.Məmmədovanın təşkilatçılığı ilə yuxarı sinif şagirdlərinin iştirakı ilə "Dəyərlərimiz bədii ədəbiyyatımızda" adlı dəyirmi masa keçirildi. Tədbir zamanı şagirdlər ədəbiyyatımızın hikmət inciləri olan S.Rüstəmin «Duz-çörək» şeiri,  İ.Şıxlının “Dəli Kür” əsəri,”Kitabı Dədə Qorqud” dastanında xalqımızın adət-ənənələrini əks etdirən bədii nümunələrlə tanış olmuşdular. K.Məmmədova qeyd edərək bildirdi ki, indi siz milli dəyərlərin təbliği şəraitində aparılan işlər əhatəsində böyüyürsünüz. Deməli,dəyərlərimiz də yeni nəsillərə tərbiyə olunur, yaşayır və hifs edilərək gələcək nəsillərə ötürülür.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi