"Ulu Öndər Heydər Əliyev - 100" - xor müsabiqəsi

5 may 2023-cü il tarixdə Bakı şəhəri 5 nömrəli tam orta məktəb və "Məktəblinin dostu" layihəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş məktəblərarası "Xor müsabiqəsi" keçirilib. Müsabiqədə Bakı şəhəri 5 nömrəli,14,211 və 284 nömrəli tam orta məktəblərin şagirdləri iştirak edirdilər. Müsabiqədə iki nominasiya üzrə - "Doğma Azərbaycan" və "Qalib Azərbaycan" adlı mahnılar ifa edilib. Xor müsabiqəsində Bakı şəhəri 211 nömrəli məktəbin "Odlar yurdu" komandası I yer, 5 nömrəli tam orta məktəbin "Qarabağın inciləri" adlı komandası II yer, 14 nömrəli məktəbin "Xarı bülbül" adlı komandası III yerəlayiq görülüb.
Sonda bütün qalib komandalara diplomlar təqdim olunub.