Dahi Lider Heydər Əliyevi sonsuz sevgi və böyük hörmətlə anırıq!

08 may 2023-cü il tarixdə Bakı şəhəri 5 № li tam orta məktəbdə dahi rəhbər Hedər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Dahi lider” adlı ədəbi bədii kompozisiya keçirildi. Tədbirdə Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov, Nəsimi rayon İcra hakimiyyətinin İctimai- Siyasi və Humanitar məsələlər üzzrə şöbə müdiri Bəybala Quliyev qonaq qismində iştirak edirdilər. Tədbiri giriş sözü ilə məktəbin direktoru Nərminə Gündüzlü açaraq mövzu ilə bağlı şagirdlərə məlumat verib, qeyd etdi kii, Heydər Əliyevin əziz xatirəsi həmişə qədirbilən xalqımız tərəfindən yüksək tutulacaq.
Azərbycan Respublikası prezidentinin müvafiq Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsini tədbir boyu şagirdlər böyük tarixi hadisə adlandıraraq, dahi şəxsiyyətin ölkənin inkişafında göstərdiyi müstəsna xidmətlərindən, parlaq və şərəfli həyat yolu və dövlətçilik fəaliyyəti haqda səlist nitqli çıxışlar edərək, şerlər söyləyib, mahnılar ifa etdilər. Tədbirdə dahi şəxsiyyətin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla subuta yetirməsi ana xətt ilə öz əksini tapdı. Kompozisiyada Ümummilli liderin ömür gün yoldaşı, bu günlərdə 100 illik yubileyi qeyd olunan akademik Zərifə xanım Əliyevanın da xatirəsi anıldı.
Xalqımızın böyük oğlunun vətən və dövlət quruculuğu yönündə fəaliyyətini diqqətə çatdıran videoçarxlar, slaytlar nümayiş olundu.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov çıxış edərək qeyd etdi ki, Heydər Əliyev ideyaları, onun təməlini qoyduğu müstəqil Azərbaycan hələ bundan sonra neçə yüz illiklər boyu yaşayacaq və inkişaf edəcəkdir.