"Dahi rəhbər" - dəyirmi masa

5 may 2023-cü il tarixdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində məktəbdə tarix müəllimi A.Ramazanovanın təşkilatçılığı ilə "Dahi rəhbər" adlı dəyirmi masa keçirildi. Dəyirmi masada öncədən çıxış edən tarix müəllimləri M.Sadıqova, N.Qəhrəmanova, A.Ramazanova qəlbi daim vətən eşqi ilə döyünən, istiqlal yolumuzu nurlandıran müdrik lider Heydər Əliyevin Azərbaycan tarixindəki  və beynəlxalq arenadakı rolundan, ölkəmizin qüdrətlənməsində, xalqın rivahının yüksəldilməsində misilsiz xidmətlərindən vədünya siyasətinə verdiyi tövhələrdən danışdılar. 

Daha sonra şagirdlər dəyərli və mənalı ömrünü Vətəninə həsr edərək, Azərbaycan xalqının Ümummilli lideri adını qazanmış dünya siyasətinin parlaq siması Ulu Öndər Heydər Əliyevin tarixdə və onların qəlbində əbədi olaraq qalacağından, nəhəng tarixi şəxsiyyətin əziz və unudulmaz xatirəsini hər zaman böyük ehtiramla yad edəcəklərindən danışdılar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi