"V.Şekspir gecəsi"

"Müasir Azərbaycan  gəncləri Nizamini Azərbaycan dilində, Puşkini Rus dilində, Şekspiri isə ingilis dilində oxumağı bacarmalıdırlar."

                                                                                                                                                                                                        Heydər Əliyev 

28 aprel 2023-cü il tarixdə Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə dahi ingilis yazıçısı və dramaturqu Villiam Şekspirə həsr olunmuş gecə təşkil olundu. Gecədə məktəb şagirdləri yazıçının "Otello" , " Romeo və Julietta", "Kral Lir" ' "Hamlet" tamaşalarından səhnələr, monoloqlar, səlist ifalı sonetlər səsləndirdilər.

Tədbirə gələn qonaqlar şagirdlərin ingilis dilində bacarıq və qabiliyyətlərini yüksək qiymətləndirdilər. Tədbirdə həmçinin Şekspirin əsərlərinə həsr olunmuş şagirdlərin rəsm əsərləri də sərgiləndi. 

Tədbirin ərsəyə gəlməsində məktəb direktoru N.M.Gündüzlüyə, təşkilatçı Z,Şirinovaya, ingilis dili müəllimlərinə, təsviri incəsənət və texnologiya müəllimlərinə və dərnək rəhbəri F.Gündüzlüyə təşəkkür bildiririk. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi