Şagirdlər Firidun bəy Köçərli adına Reslpublika Uşaq Kitabxanasında

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar 28 aprel 2023-cü il tarixdə məktəbin bir qrup şagirdi kitabxana müdiri K.Məmmədova və sinif rəhbəri S.Əsgərovanın rəhbərliyi ilə Firidun bəy Köçərli adına Reslpublika Uşaq Kitabxanasında ekskuriyada olmuşdular. Ekskursiya zamanı şagirdlər ilk öncə kitabxana ilə yaxından tanış oldular, daha sonra qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş şeirlər söylədilər. 

Ekskursiyanın məqsədi kitabların şagirdlərin həyatında böyük əhəmiyyətini vurğulamaq, onlarda kitaba, mütaliəyə olan marağını artırmaq idi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi