Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü

Bildiyimiz kimi YUNESKO –nun qərarına əsasən, hər il 23 aprel beynəlxalq səviyyədə Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü kimi qeyd edilir.
Kitab bütün zamanlarda bəşəriyyətə gərək olub, insanlığın yoluna işıq salıb, gələcəkdə də xalqların tərəqqi və intihabına xidmət edəcəkdir. Belə ki, şagirdlərin şəxsiyyət kimi formalaşıb kamilləşməsində, onların mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində mütailənin əhəmiyyətini şagirdlərə çatdırmaq məqsədi ilə 20 aprel 2023-cü il tarixdə məktəbdə “Kitab-tükənməz bir xəzinədir!” adlı ədəbi-bədii kompozisiya keçirildi.
Tədbirdə şagirdlər “Bir qalanın sirri” kinofilmindən bir parçanı səhnələşdirib, nağıl qəhrəmanlarının obrazlarını yaradaraq gözəl nitq qabiliyyəti və səhnə mədəniyyəti nümayiş etdirməklə yanaşı həm də gözəl rəqs və ifaları ilə tamaşaçıları sevindirdilər.