"Bilim Bakı Mərkəzi"nə ekskursiya

18 aprel 2023-cü il tarixdə məktəbin bir qrup şagirdi sinif rəhbərləri K.Əsgərova, S.Süleymanlının təşkilatçılığı ilə "Bilim Bakı Mərkəzi"nə ekskursiya etdilər.
Şagirdlərin elmə,innovasiyaya olan marağının formalaşdırılması, həmin şagirdlərin kiçik yaşlarından maraq dairəsinə uyğun olan sahələrin inkişaf etdirilməsinə dəstək göstərən "Bilim Bakı Mərkəzi"ndə şagirdlər sahibkarlıq, astronomiya,kosmos və aviasiya, riyaziyyat, dizayn, texnologiya laboratoriyalarında oldular və yaş qruplarına uyğun təlimlərə qatıldılar.