Məktəb komandası - şahmat birinciliyində II yer
“2023-cü il – Heydər Əıiyev ili”nə həsr olunmuş Təhsil Respublika İdman Mərkəzi Publik Hüquqi Şəxsin 4 nömrəli ixtisaslaşdırılmış Olimpia Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin Nəsimi rayon ümumtəhsil orta məktəblilərinin şagirdləri arasında şahmat üzrə birincilikdə 5 nömrəli tam orta məktəbin komandası II yer tutduğuna görə diplomla təltif olunub. Pedaqoji kollektivimiz məktəb komandasını təbrik edir və uğurlar arzulayır!