Gənc robototexnik

Azercell-in dəstəyi ilə ABŞ-də Dünyaca məşhur “FIRST Robotics Competition” (FRC) müsabiqəsinin robototexnika yarışında Bakı şəhəri 5 №-li tam orta məktəbin 10 b sinif şagirdi Təhməzov Mətin də komanda tərkibində təmsil olunub.“Train Brain” şirkətinin təşkilatçılığı ilə qatılan komanda iştirakçıları bu beynəlxalq tədbir üçün hazırladıqları robotu Nyu-Yorkda münsiflər heyətinə təqdim ediblər.Komandamız dünyanın müxtəlif ölkələrindən yarışa qatılmış 48 komanda ilə mübarizə aparıb.Məktəbin pedaqoji və şagird kollektivi gələcəyin elm insanları və mühəndisləri üçün lazım olan tənqidi düşüncə, qeyri-standart üsullarla problemlərin həll olunması, bununla yanaşı, komanda işi kimi vacib bacarıqları inkişaf etdirən yarışmada gənc robototexnik Mətin Təhməzova uğurlar arzu edir!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi