"Heydər Əliyev - 100: Milli mənəvi dəyərlər" -seminar məşğələ

"Heydər Əliyev ili" ilə bağlı məktəbin tədbirlər planına əsasən 6 aprel 2023-cü il tarixdə Kiçik Akademiya üzvlərinin "Heydər Əliyev - 100: Milli mənəvi dəyərlər" mövzusunda seminarı keçirildi. Seminarda Ümummilli lider Heydər Əliyevin gənclərimizin milli-mənəvi dəyərlər, milli əxlaq prinsipləri əsasında tərbiyələndirməsinə həmişə böyük önəm verdiyi barədə geniş məlumat verildi. Daha sonra üzvlər Heydər Əliyevin həyatından, keçdiyi ömür yolundan, fəaliyyətindən danışıb videoçarxlar nümayiş etdirdilər.