"Narkomaniya cəmiyyətin qəddar düşmənidir!" mövzusunda maarifləndirici təşkilat saatı

Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi məqsədilə şagirdlər arasında narkomaniyaya və zərərli vərdişlərə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı məktəbin biologiya müəllimi G.Rəhimovanın rəhbərliyi ilə 8ç sinfində "Narkomaniya cəmiyyətin qəddar düşmənidir!" mövzusunda maarifləndirici təşkilat saatı keçirildi.
G.Rəhimova öz çıxışında narkomaniyanın bir bəla olduğunu şagirdlərə daha əsaslı şəkildə çatdırmağa çalışdı. Dərs zamanı müəllim və şagirdlər narkomaniyanın bəşəriyyət üçün böyük bir faciə olduğunu əks etdirən təqdimatlar ətrafında geniş fikir mübadiləsi apardılar.