"Qohum evliliyi nədir?" maarifləndirici dərs

3 aprel 2023-cü il tarixdə məktəbin biologiya müəllimi Sevda Mehbalıyevanın təşkilatçılığı ilə 9 b və 9 f siniflərdə Reproduktiv təlimlər əsasında "Qohum evliliyi nədir?", "Qohumlararası nigahların fəsadları" mövzusunda xüsusi maarifləndirici dərslər keçirildi.
Dərs zamanı S.Mehbalıyeva qohum evlilər eyni soydan gəldikləri üçün ana və atanın eyni genin sürətini daşımasından, zərərli genlərin bir-biri ilə qarşılaşmasının ehtimalının yüksək olmasından və bu səbəbdən onların uşaqlarının müəyyən xəstəliklərə tutulması ehtimalının çox yüksək olduğundan geniş şəkildə danışdı.