Uğurların daimi olsun, əziz şagirdimiz!

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində baharda təbiətin oyanışını təsvir etmək məqsədi ilə elan olunmuş “Baharın rəngləri” adlı Respublika uşaq rəsm müsabiqəsi keçirildi. Nəzərinizə çatdıraq ki,uşaqlara təbiəti sevdirmək və təbiətin qoruyucusu olan bir gəncliyin formalaşmasına xidmət məqsədi ilə keçirilən tədbirə 2000-dən çox uşaq 3000-ə yaxın əsər göndərmiş və 800-dən çox uşağın hərəsindən bir əsər olmaqla sərgilənmək üçün seçilmişdir.
Fərəhləndirici haldır ki, bu sərgidə yer tutan Bakı şəhəri 5 №-li tam orta məktəbin şagirdi Hacızadə Yaqut Qəzənfər qızının rəsmi xüsusi sertifikata layiq görüldü.
Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi, idea və kənar müdaxiləsiz əsərlərə üstünlük verilmişdir.