"Dəyərlərimizi qoruyaq!" layihəsi davam edir

Bakı şəhəri 5 №-li tam orta məktəbdə "Dəyərlərimizi qoruyaq!"  layihəsi çərçivəsində məktəb şagirdləri üçün  Milli Novruz bayramımızla əlaqədar müxtəlif tədbirlərə start verilib. 

 

Belə ki, artıq bir neçə gündür ki,  məktəbdə "Gəl,Novruzum", "Novruz tövhələri", "Novruz gəlir, yaz gəlir", "Novruz adətlərimiz", “Yurdumuza yaz gəlir”, “Səməni saxla məni”, “Novruz xalq bayramıdır” və digər müvafiq mövzularda tədbirlər, ədəbi-bədii kompozisiyalar, “Dəyirmi masa”lar, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil edilib.

 

Bundan əlavə, məktəbdə  Novruz bayramı münasibətilə divar qəzetləri, stendlər və guşələr, bülletenlər hazırlanıb, müxtəlif nominasiyalar üzrə müsabiqələr təşkil olunub.

 

Valideyn və şagirdlərin iştirak etiyi tədbirlərdə xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramının tarixi, su, od, yel və torpaq çərşənbələrinin mahiyyəti, Novruz atributları haqqında şagirdlərə geniş məlumat verilib. Bildirilib ki, bu bayramın qədim adət-ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir. Bolluq, xeyirxahlıq, gözəllik və humanist ideyalar bayramı olan Novruzun dünyadakı bütün azərbaycanlılar tərəfindən qeyd edilməsi milli birliyin nişanəsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi