Bakı Zooloji parkında dərslərimiz davam edir

1-4 mart 2023-cü il tarixdə Bakı Zooloji Parkında məktəbin 1b,1d,6b,6c sinif şagirdləri sinif müəllimləri tərəfindən "Canlıların müxtəlifliyi", "Heyvanların orqanları və orqanlar sistemi" mövzusunda açıq dərslər keçirildi. Dərs ekskursiyaların təşkilində məqsəd şagirdləri canlılar aləmi ilə yaxından tanış etmək, onların mövzuları praktik öyrənməsini təmin etmək, dərsə marağını və Azərbaycanın flora və faunası barədə məlumatlıq səviyyəsini artırmaqdan ibarət idi.