İdman həftəsinə yekun vuruldu

Elm və Təhsil Nazirliyi tərəfindən təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində davamlı və məqsədyönlü işlər aparılması, həmçinin şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində 27 fevral – 3 mart 2023-cü il tarixində ümumi təhsil müəssisələrində idman həftəsi elan olunmuşdur.
Qeyd olunanlarla əlaqədar tərtib edilmiş proqrama uyğun olaraq Bakı şəhəri 5 №-li tam orta məktəbdə də həftə ərzində müxtəlif idman yarışları, estafetlər keçirildi. Bunlara misal olaraq  “Ən sürətli şagird”- qaçışı, 6-7 sinif şagirdləri ilə “Şən startlar”adlı  estafeta, 9-11-ci sinif şagirdləri arasında Basketbol yarışları, 6-7 sinif şagirdləri arasında idman viktorinası və 10-11-ci sinif şagirdləri ilə isə “Qol güləşi”-ni misal göstərmək olar.
Bundan əlavə məktəb  psixoloqu Günay İmanova tərəfindən  5-6-ci sinif şagirdləri ilə  “İdmançıların yarışa hazırlığının psixoloji  yanaşması” mövzusunda söhbətlər aparıldı.
 İdman həftəsinə ibtidai sinif şagirdləri “Olimpiya oyunları uşaqların gözü ilə “ adlı rəsm işləri və məktəb şagirdləri ilə idman nailiyyətləri olan idmançılar arasında keçirilən  maraqlı görüş xüsusi rəng qatdı. 
İdman həftəsinin son günündə 5-8 -ci sinif şagirdləri arasında “ Mübariz,İradəli və Sağlam  olmaq üçün idmanla  məşğul olmalıyıq” başlığı altında ESSE  yazı işləri keçirildi.
Sonda həftə boyu keçirilə müsabiqə,yarış və viktorinalarda qalib yerləri tutmuş şagirdlər xüsusi diplomlarla təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi