Məktəbdə idman həftəsi davam edir.

5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində 27 fevral – 3 mart 2023-cü il tarixində məktəbdə idman həftəsi davam edir. 28 fevral 2023-cü il tarixdə məktəb şagirdləri ilə idman nailiyyətləri olan idmançılar arasında maraqlı görüş keçirildi. Sonra məktəbim ibtidai sinif şagirdləri “Olimpiya oyunları uşaqların gözü ilə “ adlı rəsm işləri tərtib etdilər. Proqramın üçüncü günü- 1 mart 2023-cü il tarixdə məktəb stadionunda “ Ən sürətli şagird”- qaçış yarışı keçirildi. Elə həmin gün 6-7 sinif şagirdləri arasında idman viktorinası keçirildi.