Şagirdimiz ADAMUN Simulyasiya Konfransında

10 l sinif şagirdi Nigar Hüseynova ADAMUN Simulyasiya Konfransında

Fevralın 17-18-də ADA Universitetində keçirilən ADAMUN Simulyasiya Konfransı keçirilib. Simulyasiya Konfransı “AzMUN (Azərbaycan Model Birləşmiş Millətlər)” proqramı çərçivəsində UFAZMUN Klubu tərəfindən təşkil olunub.Konfransda Azərbaycanın müxtəlif təhsil müəssisələrindən müxtəlif ölkələri BMT Təhlükəsizlik Şurası və BMT İqlim Proqramı komitələrində təmsil edən bir çox istedadlı tələbə və şagirdlər bir araya gəlib.

Fərəhləndirici haldır ki , Bakı şəhəri 5 №-li tam orta məktəbin 10L sinif şagirdi Nigar Hüseynova da bu konfransa qatılıb və simulyasiya edilərək Albaniya ölkəsi tərəfindən ugurla çıxış edib.

Birləşmiş Millətlər İqlim Proqramında "Bərpa olunmayan enerjidən dünya miqyasında asılılığın azaldılması" mövzusu, Təhlükəsizlik Şurasındakı nümayəndələr isə "Qərbi Səhra məsələsi" mövzusunda danışıqlar aparıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi