"Xocalı soyqırımını unutmayaq, unutdurmayaq!"

24 fevral 2023-cü il tarixdə Xocalı soyqırımının 31-ci ildönümü iləəlaqədar olaraq məktəbin ibtidai sinif müəllimləri G.Müsəvi və E.İsrafilovanın rəhbərliyi ilə "Xocalı soyqırımını unutmayaq, unutdurmayaq!" adlı ədəbi-bədii kompozisiya keçirildi. Tədbir zamanı şagirdlər doğma torpağa, vətənə olan məhəbbət və sədaqət duyğularını şeirlər, rəqslər və mahnılar vasitəsilə nümayiş etdirdilər. Onlar bu kompozisiyada bir daha nəzərə çatdırdılar ki, xalqımız Bakıdakı Xocalı soyqırımı abidəsini alnıaçıq, başı uca ziyarət edir, çünki düşməndən bütün şəhidlərimiz kimi Xocalı soyqırımı qurbanlarının da qisası alındı.