"Mən fəxr edirəm ki, Azərbaycanlıyam - ən yaxşı təqdimat

Həyatının böyük hissəsini vətənə, torpağına, xalqına həsr etmiş Ulu Öndərimiz Heydər Əliyev hər zaman Azərbaycanlı olması ilə fəxr edib,öyünmüşdür.
21 fevral 2023-cü il tarixdə məktəbdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Mən fəxr edirəm ki, Azərbaycanlıyam - ən yaxşı təqdimat" başlığı altında təqdimat müsabiqəsinin məktəb mərhələsi keçirildi. Məktəb mərhələsinin qalibi 10b sinif şagirdi Mirzəyev Murad oldu.
Şagirdimizi təbrik edirik.