İstedadlı şagirdlərimiz

Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Milli Elmlər Akademiyası və BP şirkətinin təşkilatçılığı ilə keçirilən “Sabahın alimləri” XII Respublika Müsabiqəsində
Bakı şəhəri 5№-li tam orta məktəbin 11-ci sinif şagirdləri Babasoy Turan və Sultanlı İsmayıl iştirak etmişlər. Müsabiqə nəticələrinə görə uğur qazanmasalar da, ən əsası maraqlı layihə ilə iştirak etmişlər. Hər iki şagird xüsusi iştirakçı sertifikatları ilə təltif olunmuşlar.