Valideyn iclaslarına start verildi

13-17 fevral 2023-cü il  tarixlərdə məktəb üzrə mərhələli şəkildə valideyn iclaslarının keçirilməsinə start verilib. İclasın gündəlik məsələsi: 

 

1. 2022- 2023-cü tədris ilinin birinci yarımilinin yekunu ilə əlaqədar şagird nailiyyətlərinin nəticələri və 2-ci yarımil üçün qarşıda duran vəzifələrinin müəyyənləşdirilməsi.

2. "Davranış pozuntuları və müdaxilə" haqda.

3. Müstəqil şagird bacarığının inkişafında sinifdənxaric tədbirlərin rolu haqda.

Səmərəli və işgüzar səviyyədə keçən iclaslarda sinif rəhbərləri birinci yarımilin yekunu ilə əlaqədar şagird nailiyyətləri, valideyn - şagird, şagird -müəllim münasibətləri haqda valideynlərə məlumat verdilər. 

Daha sonra müstəqil şagird bacarığının inkişafında sinifdənxaric tədbirlərin keçirilməsi,ailə məktəb münasibətlərin düzgün tənzimlənməsi istiqamətində müzakirələr edərək qərarlar qəbul etdilər. 

Valideyn iclasları davam edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi