"Bilim Bakı" mərkəzində

8 fevral 2023-cü il tarixdə məktəbin bir qrup şagirdi kimya-biologiya müəllimi G.Rəhimovanın təşkilatçılığı ilə "Asan Həyat" kompleksi nəzdində fəaliyyət göstərən "Bilim Bakı" mərkəzinə ekskurisya etdilər.
İnnovasiya və texnologiya sahəsində XXI əsrin bacarıqlarına yiyələnmək imkan verən "Bilim Bakı" mərkəzində şagirdlər ekskurisya zamanı müxtəlif dərnəklərdə oldular.
Mərkəz əməkdaşları şagirdlərə elmə,innovasiyaya və texnologiyaya marağını artırmaq və bu elmi biliklərin təcrübədə necə tətbiq olunduğunu müşahidə etmək imkanı yaratdılar.