“Hippolar: iqlim dəyişikliyi ilə mübarizə üçün dünya səyahəti” adlı sərgidə

31 Yanvar 2023-cü il tarixdə Bakı şəhəri 5 №-li tam orta məktəbin şagirdləri coğrafiya müəllimi Nana Mədətovanın rəhbərliyi ilə Azərbaycan Milli İncəsənət Muzeyinin “Hippolar: iqlim dəyişikliyi ilə mübarizə üçün dünya səyahəti” adlı sərgisində iştirak etmişlər.

Sərginin əsas məqsədi uşaq və yeniyetmələrin faciəvi nəticələrdən xilas olmaq üçün iqlim dəyişikliklərinin vacibliyi, ətraf mühitin çirkləndirilməsi problemləri və bu yolda atılması zəruri olan addımlar haqqında maarifləndirilməsi olmuşdur.

Sərgidə həmçinin şagirdlərə ətraf mühit və iqlim dəyişikliyi ilə bağlı məlumatlar, təqdimatlar və panel müzakirələri təşkil olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi