“Azadlıq carçıları” - poeziya gecəsi

Hər bir xalqın tarixində elə hadisələr olur ki, onun təkcə həyat səlnaməsində deyil, həm də ruhunda, qan yaddaşında iz qoyur. Belə hadisələrdən biri 20 yanvar faciəsidir. Bu faciəvi duyğular xalq ruhunun ifadəsi olan ədəbiyyatı, poeziyanı biganə qoya bilmədi. Məktəbin tədbirlər planına uyğun olaraq 19 yanvar 2023-cü il tarixdə məktəb kitabxanası müdiri K. Məmmədova və kitabxanaçı A. Məmmədovanın təşkilatçılığı ilə “Azadlıq carçıları” adlı poeziya gecəsi keçirildi.

Məktəbin istedadlı şagirdləri vətənpərvər və azadlıq ruhlu şeirləri ustalıqla və yüksək qiraətçilik bacarığı ilə ifa etdilər. Vətən və Azadlıq ruhunda səsləndirilən şeirlər öz tamaşaçılarını həm heyrətləndirdi, həm də olduqca çox sevindirdi. 
Bu tədbirdə Şəhidlər Azadlıq mübarizəmizin yalnız qurbanları kimi deyil, həm də qəhrəmanlar kimi yad edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi