«Tanıyaq, bilək və örnək götürək!» - dəyirmi masa

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 yanvar faciəsində ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
17 yanvar 2023-cü il tarixdə məktəbdə Şagird Elmi Cəmiyyətinnin üzvlərinin iştirakı ilə «Tanıyaq, bilək və örnək götürək!» adlı dəyirmi masa keçirildi. Cəmiyyət üzvləri öz təqdimatlarında 20 yanvar şəhidlərinin həlak olmasının onlar üçün nə qədər qəm-qüssə doğurursa,nə qədər ağır itkidirsə, o qədər də xalqımız üçün qəhrəmanlıq nümunəsi kimi, örnək kimi bizim milli sərvətimiz, milli iftixarımız olduğunu qeyd etdilər.