Balacalar "Yeni il şənliyi" keçirdi

29 dekabr 2022-ci il tarixdə məktəbdə ibtidai siniflərin iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə "Yeni il" şənliyi keçirildi. Şənliyin aparıcıları nağıl qəhrəmanları Buratino, Qırmızı papaq və küpə girən qarı idi. Şənlikdə nağıl qəhrəmanları ilə yanaşı Qar qız və Şaxta baba uşaqlara böyük sevinc və təbəssüm bəxş etməklə onları səhnəciklər, gözəl mahnılar və rəngarəng rəqslərlə əyləndirdilər.