"Peşəkarlıq yolunda" - Bakı Tikiş Evinə ekskursiya

Bakı şəhəri üzrə Təhsil İdarəsinin F-360 nömrəli əmrinə əsasən məktəbdə "Peşəkarlıq yolunda" layihəsi çərçivəsində tədbirlər həyata keçirilir. Şagirdlərin gələcəkdə peşə və ixtisaslar üzrə müəyyən bilik,bacarıq, səriştələr barədə maarifləndirilməsi və onların gələcəkdə hər hansı bir peşə seçmələrinə istiqamət vermək məqsədilə 11 dekabr 2022-ci il məktəbin IX sinif şagirdləri Bakı Tikiş Evinə ekskursiya etdilər.
Ekskursiya zamanı ixtisaslaşmış mütəxəssislər geyimlərin tikilmə texnikası, istehsal edilən məhsulun keyfiyyəti haqqında şagirdlərə dolğun məlumatlar verib, onları maraqlandıran sualları ətraflı cavablandırdılar.