Şagird stimullaşdırılması

Bakı şəhəri üzrə Təhsil İdarəsinin 22.09.2022-ci il tarixli F-300 nömrəli əmrinə əsasən məktəbdə "7-dən 17-yə Vətənpərvər!" layihəsi çərçivəsində tədbirlər həyata keçirilir.
Layihənin məqsədi şagirdləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik, xalqa,torpağa bağlılıq hissini yüksəltməkdir. Tədbirlər planına uyğun olaraq 14 dekabr 2022-ci il tarixdə məktəbdə "7-dən 17-yə Vətənpərvər!" layihəsi çərçivəsində həyata keçirilən tədbirlərdə fərqlənən şagirdlər müxtəlif nominasiyalar üzrə təşəkkürnamə ilə təltif edildilər.
Şagirdlərin hərtərəfli, sərbəst, vətənpərvər və yaradıcı inkişafı məktəbdə əsas məqsədlərdən biri kimi qarşıya qoyulmuşdur.