“Uşaqlar yol hərəkəti qaydalarını necə öyrənib?” – intellektual yarış

9 dekabr 2022-ci il tarixdə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və məktəbdə fəaliyyət göstərən “Yol hərəkəti qaydaları” dərnəyinin rəhbəri Leyla Hüseynovanın təşkilatçılığı ilə “Uşaqlar yol hərəkəti qaydalarını necə öyrənib? ” mövzusunda intellektual yarış keçirildi.
Tədbir zamanı mövzu ilə bağlı yarış keçirildi. Yarışın münsiflər heyəti Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin polis baş leytenantı Pərvanə Muradova, polkovnik leytenantı Kəmalə Ələkbərova, “1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi”nin müdiri Fəridə Süleymanova və metodistləri Sevda Əsgərova, Cəmilə Qənbərova idi. 25 nəfər şagirddən təşkil olunmuş 5 komanda arasında keçirilən yarışda uşaqların yol hərəkəti qaydaları ilə bağlı nəzəri bilikləri ekranda əks olunan suallarla yoxlanılıb. “Sarılar” komandası I, “Sərnişinlər” komandası II, “Piyadalar” komandası III yeri tutaraq diplomlarla təltif olundular.
Yarışın məqsədi uşaqlar arasında yol hərəkəti təhlükəsizliyi, yol mədəniyyəti barədə məlumatlığı artırmaq və onların yeni biliklər öyrənməsini təmin etmək idi.