Pedaqoji Şura iclası keçirildi

7 dekabr 2022-ci il tarixdə məktəbdə növbəti pedaqoji şura iclası keçirildi. Pedaqoji şura iclasında IX siniflərdə buraxılış imtahan fənnləri üzrə keçirilmiş məktəbdaxili monitorinqlərin nəticələri, V-VI siniflərdə riyaziyyat fənnindən keçirilən monitorinqin nəticələri və IV siniflərdə təlim nəticələri müqayisəli şəkildə geniş müzakirə olundu.  Həmin istiqamətdə görüləcək işlərin pedaqoji kollektiv ilə müzakirəsi aparılaraq, şagirdlərin təlim nəticələrini yüksəltmək məqsədilə lazımi tövsiyələr verildi.  

İclasda həmçinin məktəbdaxili nizam intizam qaydalarının təşkili ilə bağlı məsələlər də müzakirə olundu. Qeyd olunan məsələlər üzrə müvafiq qərarlar  qəbul olundu. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi