Valideyn iclası keçirildi

2 dekabr 2022-ci il tarixdə məktəbdə 9-cu siniflər üzrə valideyn iclası keçirildi. Keçirilən valideyn iclasında IX siniflərdə buraxılış fənnlərinin tədrisi vəziyyəti, məktəbdaxili monitorinqin nəticələri və zəif nəticə göstərmiş şagirdlərlə əlavə dərslərin təşkili müzakirə edildi. İclasda həmçinin məktəbdaxili nizam-intizam qaydaları və şagirdlərin davamiyyəti məsələsi də müzakirə edildi.
Sonda valideynlərin təklif, arzu və istəkləri dinlənilib, sualları rəhbərlik və fənn müəllimləri tərəfindən cavablandırıldı. Valideyn-şagird-müəllim üçbucağının inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparıldı.