Səmərəli valideyn iclasları keçirildi

21-25 noyabr 2022-ci il tarixdə məktəb üzrə valideyn iclası keçirildi. İclasın gündəlik məsələsi:
1. Təhsildə şagird nailiyyərləri haqda
2.Şagirdlərin sağlam qidalanması-qida rasionu
3. Valideyn-məktəb əməkdaşlığının, şagirdlərin vətənpərvərlik tərbiyəsindəki rolu haqda
4. Şagird qaydaları, vəzifələrə riayət, etik davranış normaları qarşıda duran əsas hədəflərimizdəndir!
Səmərəli və işgüzar səviyyədə keçən iclaslarda sinif rəhbərləri tədrisdə şagirdlərin nailiyyətləri, valideyn-şagird, şagird- müəllim münasibətləri haqda valideynlərə məlumat verdilər. Daha sonra şagirdlər üçün sağlam, mənəvi-psixoloji və təhlükəsiz mühitin yaradılnası, təhsil alanlarda müsbət davranış modelinin formalaşdırılması, ailə-məktəb münasibətlərinin düzgün tənzimlənməsi istiqamətində müzakirələr edərək qərarlar qəbul etdilər.